Mobil versiya
Moskvada Xocalı aksiyası keçirən azərbaycanlılar saxlanıldı
Tarix: 27-02-2019 | Saat: 10:30
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Moskvada Xocalı aksiyası keçirən azərbaycanlılar saxlanıldı



Moskvada yaşayan bir qrup azərbaycanlı çərşənbə axşamı günü Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etmək üçün aksiya təşkil edib.

aia.az Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan bayrağı ilə bir neçə avtomobil Rusiya paytaxtının mərkəzi küçələrindən keçib. Son məntəqə kimi Azərbaycan səfirliyi seçilib ki, həmyerlilərimiz diplomatik təmsilçiliyin qarşısına gül dəstələri qoymaq fikrində olublar.


Lakin səfirliyə gedib çatmaq aksiya iştirakçılarına qismət olmayıb. Yolda onları polis saxlayıb və bayraqları çıxarmağa məcbur edərək, iştirakçılar polis şöbəsinə aparılıb.

Məlumata görə, təxminən 50 nəfərə yaxın azərbaycanlı saxlanılıb. Onlardan bəzilərini bir neçə saatdan sonra sərbəst buraxsalar da, hələ də polis şöbəsində qalanlar var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024