Mobil versiya
Şamaxıda dağlıq ərazidə kişi meyiti tapılıb - YENİLƏNİB
Tarix: 26-02-2019 | Saat: 17:11
Bölmə:Karusel / Hadisə | çapa göndər

Şamaxıda dağlıq ərazidə kişi meyiti tapılıb - YENİLƏNİB



Şamaxıda meyiti tapılan şəxsin kimliyi məlum olub.

ONA-nın Şirvan bürosunun məlumatına görə, araşdırmalar nəticəsində Şamaxının Göylər kəndindəki dağlıq ərazidən meyiti tapılan şəxsin elə həmin kənd sakini, 1965-ci il təvəllüdlü Bəhyəddinov Taleh Rövşən oğlu olduğu müəyyən edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. O, ötən gecə kəndi tərk edib və dumanlı havaya düşdüyündən yolu azıb. T.Bəhyəddinov dağda düşən güclü şaxta nəticəsində donaraq ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.



Saat 16:36

***



Şamaxı rayonunda naməlum kişi meyiti tapılıb.

ONA-nın Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Göylər kəndində qeydə alınıb. Kənd ərazisindəki dağlıq ərazidə kişi meyitinin aşkarlanması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5311 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2020
04-06-2020
{sape_links}{sape_article}