Mobil versiya
Deputatdan əhaliyə şad xəbər - Kreditlərlə bağlı qərar verilir
Tarix: 25-02-2019 | Saat: 16:12
Bölmə:Gündəm | çapa göndər

Deputatdan əhaliyə şad xəbər - Kreditlərlə bağlı qərar verilir


"İpoteka kreditləri əlçatan olmalı və çox aşağı faizlə təklif olunmalıdır. O zaman ipoteka kreditləri həm iqtisadiyyata, həm də ailələrə qazanclı çıxmaq imkanı yaradır".

aia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, sosial ipoteka ilə bağlı ayrıca qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib:

"İndiki halda sadəcə sosial ipotekanın, yəni 4 faizlik ipotekanın bir məntiqi var. Buna da çıxış imkanları məhduddur, çünki çox az vəsait ayrılıb. Əslində isə sosial ipoteka öndə olmalı, buna çıxış imkanları artırılmalıdır. Çünki kommersiya şərtlərilə təklif olunan ipotekalar çox yüksək faizlə verilir və bir çox insanlar, gənc ailələr bu borcları qaytara bilmirlər. Bir müddət sonra isə mübahisələr yaranır. Bildiyim qədərilə hazırda məhkəmələrdə ipoteka kreditlərilə bağlı 25-30 minə yaxın mübahisəli məsələ var. Bu problemin həlli üçün ayrıca qanun layihəsi, yaxud prezidentin fərmanı lazımdır ki, sosial ipotekanın həcmi artırılsın və əlçatanlığı təmin edilsin. Bunun üçün də vətəndaşlarla dövlət arasındakı operator banklara müəyyən güzəştlər tətbiq etmək lazımdır ki, ayrılan vəsaitin üzərinə əlavə faiz qoymasınlar. Yəni, operator bankların özləri də cüzi gəlirlə işləməyə razılıq versinlər. 4, uzağı 5 faizlik sosial ipoteka ilə əlçatanlığı təmin etmək və kifayət qədər gənc ailənin problemini həll etmək olar. Bu, həmçinin ailədaxili problemlərinin də həllinə öz müsbət təsirini göstərər. Çünki ölkədə boşanma saylarının artması onu göstərir ki, ayrıca mənzilin olmamağı ailədaxili problemlərin də, sosial-psixoloji gərginliyin də artmasına gətirib çıxarır".

Milli Məclisin deputatı Hadı Rəcəbli isə açıqlamasında ipoteka məsələsinin hələlik Milli Məclisin gündəmində olmadığını, lakin yaxın vaxtlarda yeniliklərin olacağını bildirib:

"Yaxın 1 həftə, 10 gün ərzində yeni, maraqlı islahatlar olacaq. Bu, əvvəldən nəzərdə tutulan məsələlərdir. İpoteka hələlik gündəmdə yoxdur, amma əhalinin banklardan aldığı kreditlər məsələsi müzakirə edilir".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024