Mobil versiya
Bakıda qəza: Yola 1525 manat ziyan dəydi – FOTO
Tarix: 07-01-2016 | Saat: 13:05
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


16 paqon-metr əyri xətli dəmir tir və 1 yol nişanı sıradan çıxıb.

Bu gün səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində baş vermiş qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

Bu barədə Oxu.Az-a “Azəryolservis” ASC-dən məlumat daxil olub.

16 paqon-metr əyri xətli dəmir tir və 1 yol nişanı sıradan çıxıb.

Gürcüstan dövlət nömrə nişanlı sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində avtobus yol ayrıcında yerləşən əyri-xətli dəmir tirlərə çırpılıb.

İlkin hesablamalara görə, qəza zamanı yol təsərrüfatına 1525 manat məbləğində ziyan dəyib.

“Azəryolservis” ASC-nin əməkdaşları tərəfindən dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024