Mobil versiya
124 Azərbaycan vətəndaşının Gürcüstana girişi yasaqlandı
Tarix: 18-02-2019 | Saat: 10:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

124 Azərbaycan vətəndaşının Gürcüstana girişi yasaqlandı


Cari ilin yanvarında 1587 nəfər xarici ölkə vətəndaşı Gürcüstana buraxılmayıb. Onların 124-ü Azərbaycan vətəndaşlarıdır. aia.az-ın "Azərtac”a istinadən məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında məlumat verilib.

Məlumatda bildirilir ki, ötən ay Gürcüstana buraxılmayan əcnəbilər arasında ən çox İran vətəndaşları olublar – 576 nəfər. Siyahıda ikinci yerdə 366 nəfərlə Hindistan dayanır.

Yanvarda 116 nəfər Türkiyə, 72 nəfər Türkmənistan, 58 nəfər Rusiya, 50 nəfər Ermənistan, 44 nəfər Özbəkistan, 28 nəfər Pakistan, 16 nəfər Misir, 15 nəfər İraq, 13 nəfər Qırğızıstan və 11 nəfər Qazaxıstan vətəndaşı Gürcüstana buraxılmayıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında Gürcüstana buraxılmayanların sayı 50 faizdən çox artıb. Ötən ilin yanvarında ölkəyə 1047 əcnəbi vətəndaş buraxılmayıb. Ümumiyyətlə, 2018-ci ildə 3200 nəfər İran, 2200 nəfər Hindistan vətəndaşı Gürcüstana buraxılmayıb. Viza rejimini pozan əcnəbilər arasında da ən çox İran vətəndaşları olublar – 1500 nəfər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024