Mobil versiya
İsmayıllıda qanunsuz ov edənlər saxlanıldı
Tarix: 09-02-2019 | Saat: 11:41
Bölmə:Ölkə | çapa göndər

İsmayıllıda qanunsuz ov edənlər saxlanıldı


İsmayıllıda qanunsuz ov edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, İsmayıllı rayon Polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən 2 nəfər rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar.

Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları 2 ədəd "TOZ 63” markalı ov tüfəngi də götürülüb.

Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024