Ana Sayfa > Ölkə > İsmayıllıda qanunsuz ov edənlər saxlanıldı
İsmayıllıda qanunsuz ov edənlər saxlanıldı9-02-2019, 11:41. Yazar: sevinc1 |
İsmayıllıda qanunsuz ov edənlər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, İsmayıllı rayon Polis şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov edən 2 nəfər rayonun Kürdmaşı kənd sakinləri Qurban Hüseynov və Tofiq Xəlilov saxlanılıblar. Onlardan müvafiq icra hakimiyyətindən xüsusi icazələri olmadan saxladıqları 2 ədəd "TOZ 63” markalı ov tüfəngi də götürülüb. Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib. aia.az Geri dön |