Mobil versiya
Şamaxı və İsmayıllıda 6 baldan güclü zəlzələ ola bilməz - Qurban Yetirmişli
Tarix: 06-02-2019 | Saat: 17:42
Bölmə:Manşet / Gündəm | çapa göndər

Şamaxı və İsmayıllıda 6 baldan güclü zəlzələ ola bilməz - Qurban Yetirmişli


"Dünəndən bu günədək Şamaxı-İsmayıllı bölgəsində 130-dan çox afterşok qeydə alınıb".

Bunu AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Direktor qeyd edib ki, təkanların çoxu 3 baldan aşağı olub və hiss olunmayıb: "Lakin təkanların bir neçəsi 3 balı keçib. Ümumiyyətlə bu zona seysmoloji baxımdan aktiv zonadır. Ərazidə 6 baldan yuxarı zəlzələ olması ehtimalı yoxdur".

Q.Yetirmişli əlavə edib ki, İsmayıllıda baş verən zəlzələ nəticəsində yaranan çatlar tikinti normativlərinə uyğun olmayan, keyfiyyətsiz materiallarından istifadə edilən tikililərdə qeydə alınıb.

"Dünən Azərbaycanda iki hiss edilən zəlzələ olub. Onların birincisi 5, ikincisi 6 bal gücündə olub. 6 bal gücündə olan ikinci təkan insanları daha çox təşvişə salıb. Həmin zəlzələlər zamanı ərazidə güclü enerji boşalması gedib. Bu, o deməkdir ki, orada artıq 6 baldan güclü zəlzələ ola bilməz. Hiss edilən zəlzələ ola bilər, amma artıq güclü zəlzələ ola bilməz".(azvision.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024