Mobil versiya
Polşada şaxta ilə əlaqədar 39 nəfər həlak olub
Tarix: 05-01-2016 | Saat: 13:13
Bölmə:Gündəm / Parlament / Manşet / Karusel | çapa göndər

Polşada şaxta ilə əlaqədar 39 nəfər həlak olub

Almaniyada isə Bremendəki çadır düşərgəsindən 300 miqrant evakuasiya olunub
Noyabr ayından bəri Polşada müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar insan itkilərinin sayı 39 nəfərə çatıb. Məlumata görə, ölənlərin çoxu donvurmadan dünyasını dəyişən səfilllərdir. Ümumilikdə hipotermiyadan 27 nəfərin həlak olduğu bildirilir. Digərləri evlərin isidilməsi zamanı dəm qazından və ya yanğından həlak olan vətəndaşlardır. 6 nəfər isə Slovakiya ilə sərhəddə yerləşən Tatra dağında sürüşərək yerə çırpılıb və həlak olub. Həftə sonundan bəri ölkənin bir çox bölgələrində temperatur mənfi 18 dərəcəyə düşüb. Qan donduran soyuq hava şəraiti, səfil həyat tərzi sürən evsiz insanları müvəqqəti sığınacaqlara axın etməyə vadar edib.

Bu arada Almaniyanın Bremen şəhərində havaların soyuq keçməsiylə əlaqədar çadır düşərgəsində qalan 300-ə yaxın miqrant isti sığınacaqlara təxliyyə olunub. Şaxta ucbatından çadır düşərgəsinin su təchizat xətti donub, eyni zamanda isitmə sistemi kəsilib.

Almaniya mətbuatına görə, paytaxt Berlində isə çoxlu sayda miqrant, yeni il məzuniyyətindən sonra yenidən açılmış dövlət qurumlarında qaçqın olaraq qeydiyyatdan keçmək üçün şaxtalı havada uzun növbələrdə gözləməyə məcbur olub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə