Mobil versiya
BŞİH bir neçə idarənin ləğv edilməsini TƏSDİQLƏDİ
Tarix: 30-01-2019 | Saat: 15:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

BŞİH bir neçə idarənin ləğv edilməsini TƏSDİQLƏDİ


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qurumun bir neçə idarəsinin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

BŞİH-dən BakuPost-a bildirilib ki, şəhər icra hakimiyyətinin yeni strukturu təsdiqlənib.

Qeyd olunub ki, yeni strukturda BŞİH-in tabeliyində olan 4 idarə əksini tapmayıb. Bunlar Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti, Bakı Şəhər Kino Xidməti İdarəsi və Bakı Şəhər Ekspertiza Mərkəzidir. Həmin idarələrin rəhbərləri və digər işçiləri sərəncama götürülüb.

Bundan başqa, şəhər icra hakimiyyətinin Başçısının aparatında da bəzi şöbələrin əsasında yeni şöbələr yaradılıb.

Xatırladaq ki, ötən ilin noyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024