Mobil versiya
Gömrük məntəqələrinin sayı artırılacaq
Tarix: 29-01-2019 | Saat: 16:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gömrük məntəqələrinin sayı artırılacaq


Gömrük məntəqələrinin sayının artırılması ilə bağlı yeni layihəmiz var.Modern.azxəbər ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. S.Mehdiyev bildirib ki, Komtiə tərəfindən sərhədlərdə sürətli keçidin və sürətli ticarətin asanlaşdırılması üçün yeni yeni texniki avadanlıqlar alınır:

"Bu ilin ortasına qədər sahibkarlara yeni innovativ layihələr təqdim ediləcək. Nəqliyyat vasitələri təyinat yerindən sərhəd keçid məntəqəsinə getmədən mobil telefonla sıra götürə biləcək. Bu da sərhəddə növbələrin aradan qaldırılmasına xidmət edəcək".

Komtə sədri qeyd edib ki, sərhəd-keçid məntəqələrində sıxlıq əsasən günün pik saatlarında olur:

"Əsasən Gürcüstanla sərhəddə səhər saat 09:00-dan 11:00-a qədər müşahidə edilir. Sərhədlərin yenidən modelizasiya olunması, sürətli keçidin təmin edilməsi, ticarətin asanlaşdırılması üçün Vergi və Gömrük Məcəlləsinə yeni düzəlişlər edilib. Sərhəd keçid məntəqələrində idxal zamanı yol vergilərinə görə ödənişlər təyinat gömrük idarəsində alınacaq bu da müəyyən qədər sıxlığı aradan qaldıracaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə