Mobil versiya
Nazirlik atılmış uşaqları ailələrinə qaytarmaq istəyir
Tarix: 25-01-2019 | Saat: 12:34
Bölmə:Manşet / Gündəm | çapa göndər

Nazirlik atılmış uşaqları ailələrinə qaytarmaq istəyir


Nazirliyin əsas fəaliyyət istiqaməti uşaq evlərində olan uşaqların ailələrinə qaytarılması ilə bağlı olacaq. Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Mudafiəsi Naizrliyinin (ƏƏSMN) Əlilliyi olan şəxlərin sosial müdafiəsi siyasəti şobəsinin müdiri Sabir Qocayev bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, uşaq evlərindəki uşaqların öz ailələrinə qaytarılması üçün onlara dəstək olunacaq:

"Bu gün övladlığa verilmədə əsas problem 4-5 yaşdan yuxarı uşaqlarla bağlıdır. Çünki ailələr əsasən daha azyaşlı uşaqları götürmək istəyir. Bundan başqa, ailə uşağından imtina etmirsə, müəssisədə olan həmin uşaqların da övladlığa verilməsi mümkün olmur. Bizim əsas məqsədimiz isə uşaqların öz ailələrinə qaytarılmasıdır. Bu istiqamətdə ailələrə dəstək olunacaq. Bunun üçün uşağın müəssisəyə yerləşdirilmə səbəbi araşdırılacaq. Bu ailələrin özünəməşğulluq, məşğulluq prosesi, peşə kurslarına cəlb edilməsi nəzərdə tutulur".

Şöbə midiri qeyd edib ki, maddi vəziyyətdən asılı olaraq uşaqların müəyyən xərclərinin qarşılanması üçün dəstək, icbari sığortadan yararlanması üçün baza mexanizmləri hazırlanır:

"Hər bir uşaqla fərdi qaydada iş aparılacaq. Əsas məqsəd uşaqların öz ailələrinə qaytarılmasına dəstək olmaqdır. Bütün bu dəstəkdən sonra uşağına lazımı şərait yaratmayan valideynlər bu hüquqdan məhrum ediləcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024