Mobil versiya
Avropa İttifaqı: Ümid edirik ki, Azərbaycanın dövlət qulluğu sistemi daha effektiv və güclü olacaq
Tarix: 25-01-2019 | Saat: 11:56
Bölmə:Gündəm | çapa göndər

Avropa İttifaqı: Ümid edirik ki, Azərbaycanın dövlət qulluğu sistemi daha effektiv və güclü olacaq


Dövlət qulluğuna gənclərin qəbulu vətəndaşların bu prosesinin şəffaflığına olan inamını artırır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, dövlət qulluğu ilə bağlı əsas məsələlər qanunvericilikdə öz əksini tapıb. Onun sözlərinə görə, 2016-cı il 31 may tarixində "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliklər kifayət qədər mütərəqqi idi: "İndi qarşıya qoyulan yeni məsələlər mövcuddur. Mövcud problemlərin qanunvericilik yolu ilə həlli məqsədilə tövsiyələr verilib. Hazırda komitəmizdə bu iş həyata keçirilir. Bu işi Dövlət İmtahan Mərkəzinin hüquqşünasları ilə birlikdə icra edəcəyik".

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə deyib ki, təhsil, səhiyyə, sosial, müdafiə sahələrində yeni sistem qurulmalı, bu sahələri dövlət qulluqçuları idarə etməlidir: "Dövlət qulluqçularının seçilməsi, onların maaş və təqaüd məsələsi barəsində düşünməliyik. Layihə çərçivəsində qiymətləndirmə, maaş, mükafatlandırma sisteminin qurulması vacibdir. Ümid edirəm ki, Azərbaycanın dövlət qulluğu sistemi daha effektiv və güclü olacaq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024