Mobil versiya
Təyyarələrdə silah daşınmasına Ramin Quluzadə icazə verəcək
Tarix: 25-01-2019 | Saat: 11:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Təyyarələrdə silah daşınmasına Ramin Quluzadə icazə verəcək


Nazirlər Kabineti "Mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilə bilən hərbi avadanlığın (ləvazimatların) siyahısı”nı təsdiq edib.

BakuPost-un məlumatına görə, Nazirlər Kabinetinin 30 yanvar 2009-cu ildə təsdiqlənmiş qərarına əsasən, mülki və eksperimental aviasiyası hava gəmilərinin hərbi avadanlığın (ləvazimatların) daşınması üçün istifadəsi Dövlət Mülki Aviasiya Administrasiyasının razılığı ilə həyata keçirilməli idi.

Dəyişikliyə əsasən, bu sahədə səlahiyyət birbaşa Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilir.

Xatırladaq ki, "Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər" haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2018-ci il tarixli fərmanı ilə Administrasiya Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi kimi nazirliyin strukturuna daxil edilib. Ancaq son qərara əsasən bu səlahiyyət Dövlət Mülki Aviasiya Agentliyinə deyil, birbaşa nazirliyə verilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə