Astarada piyadanı vurub öldürdülər
Tarix: 03-01-2016 | Saat: 11:59
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər
Sürücü istintaqa cəlb olunub.
Astarada piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
Aia.az -ın APA-ya istinadən məlumatına görə, hadisə yanvarın 2-də saat 21.00 radələrində rayonun Şahağac kəndi ərazisində qeydə alınıb.
Astaranın Şahağac kənd sakini, 1988-ci il təvəllüdlü Zamin Zahir oğlu Həsənov yolu keçmək istəyərkən Lənkəran rayonunun Digah kənd sakini İzzət Qurban oğlu Cəfərovun idarə etdiyi “Mercedes” markalı, 42 BK 492 dövlət nömrə nişanlı mikroavtobus onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri almış piyada hadisə yerindəcə dünyasını dəyişib.
Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Yol polisi əməkdaşları qəzanın baş verdiyi ərazini müayinə ediblər. İlkin versiya kimi hadisəyə avtomobilin yüksək sürətlə idarə olunması göstərilir. Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024