Mobil versiya
Gömrük məntəqələrində “donuz qripi” əleyhinə xüsusi avadanlıq quraşdırıldı
Tarix: 14-01-2019 | Saat: 14:33
Bölmə:Manşet / Gündəm | çapa göndər

Gömrük məntəqələrində “donuz qripi” əleyhinə xüsusi avadanlıq quraşdırıldı


"Azərbaycanın bütün gömrük-keçid məntəqələrində "donuz qripi" əleyhinə xüsusi avadanlıq quraşdırılıb".


aia.az "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

Onun sözlərinə görə, komitə bu məsələdə Səhiyyə Nazirliyi və digər aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edir:

"Əhalinin təhlükəsizliyi, sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb. Hesab edirəm ki, bu sahədə biz kifayət qədər nəticələr əldə etmişik. Bu gün də gücləndirilmiş iş rejimində çalışırıq. Əhalinin həm məlumatlandırılması, eyni zamanda xəstəliyin Azərbaycana gəlməməsi üçün xüsusi dezinfeksiyaedici, karantin sahələr elan olunub. Hər bir şey nəzarətimizdədir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5234 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2020
02-07-2020