Mobil versiya
Azərbaycanlı kapitanın batan gəmisi - “Oğurluq” kömür daşıyırmış
Tarix: 08-01-2019 | Saat: 15:48
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycanlı kapitanın batan gəmisi - “Oğurluq” kömür daşıyırmış


Dünən Türkiyə sahillərində qəzaya uğrayaraq batmış, Panama bayrağı altında üzən "VOLGO-BALT 214” gəmisi Rusiyanın Azov limanından Türkiyənin Samsun limanına kömür daşıyırmış.

BakuPost xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın bu limanından tez-tez Donbasın işğal edilmiş hissəsindən Türkiyənin və digər ölkələrin limanlarına qanunsuz kömür daşınması üçün istifadə edilir. Mənbə qeyd edir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Edilmiş Ərazilər və Köçkünlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

"Türkiyə sahillərində qəzaya uğramış və batmış, Panama bayrağı altında üzən "VOLGO-BALT 214” gəmisi Rusiyanın Azov limanından Türkiyənin Samsun limanına kömür daşıyırdı. Rusiyanın bu limanından tez-tez Donbasın işğal edilmiş hissəsindən Türkiyənin və digər ölkələrin limanlarına qanunsuz kömür daşınması üçün istifadə edilir. Monitorinq sisteminin məlumatlarına görə, bu cür hava şəraitində "VOLGO-BALT” kimi "çay-dəniz” tipli gəmilər üçün qəzalar proqnozlaşdırılandır. Qeyd edək ki, 2017-ci ilin yayına qədər bu gəmi Rusiya bayrağı altında üzüb və sonradan iki ay müddətinə Sent-Kits və Nevis dövlətinin bayrağı altına keçib. 2017-ci ilin avqustundan etibarən gəmi Panama bayrağı altında üzürdü”, - nazirliyin məlumatında deyilir.

Xatırladaq ki, qəza nəticəsində Azərbaycan vətəndaşları - gəmi kapitanı Turbat Kamil oğlu İsmayılov və kapitanın baş köməkçisi Məmmədəli Surxay oğlu İbrahimov həlak olublar.

Gəmidə 20 heyət üzvünün, o cümlədən 9 Ukrayna, 2 Rusiya və 1 Azərbaycan vətəndaşının olduğu bildirilirdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024