Mobil versiya
Nazirlik: İndiyədək 3100 şəhidin vərəsəsinə 11 min manat ödənilib
Tarix: 08-01-2019 | Saat: 10:18
Bölmə:Manşet / Gündəm | çapa göndər

Nazirlik: İndiyədək 3100 şəhidin vərəsəsinə 11 min manat ödənilib


"Ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, onlardan 3100 şəhid hərbi qulluqçunun vərəsələrinə 11 min manat birdəfəlik ödəniş həyata keçirilib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.


F.Talıbovun sözlərinə görə, 3100 şəhid hərbi qulluqçunun 4200 vərəsəsinə 11 min manat birdəfəlik ödəniş edilib:

Şöbə müdiri qeyd edib ki, qalan 6431şəhid hərbi qulluqçunun vərəsələrinə də bu il ərzində ödənişin verilməsi nəzərdə tutulur.
Şikayətçi vərəsələrə gəldikdə, qurum rəsmisi deyib ki, onlardan bəziləri nazirliyin rəsmi saytındakı axtarışı düzgün etmədiklərinə görə problemlə qarşılaşıblar:


"Ötən il bəzi şikayətçilərin müraciətləri araşdırılarkən müəyyən olunub ki, nazirliyin rəsmi saytındakı "Birdəfəlik ödəmə” bölməsində yanlış sorğu-axtarış etdikləri üçün bölmədə birdəfəlik ödəmə almaq hüquqlarının olmadığı qeydi çıxıb. Əslində isə onların birdəfəlik ödəmə almaq hüquqları var və həmin vərəsələrə də bu barədə məlumat verilib. Amma ümumilikdə onların sayı o qədər də çox deyil”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024