"LİMON" ÇAY EVİNİN ZİRZƏMİSİNDƏ NƏ BAŞ VERİR?
Tarix: 29-12-2015 | Saat: 11:48
Bölmə:Gündəm / Parlament / Aia TV / Karusel | çapa göndər
Bakıda son dövrlər əxlaqsızlıq yuvalarının sayı artıb. Əvəllər daha qapalı yerlərdə fəaliyyət göstərən belə məkanların artıq şəhid adını daşıyan küçələrə ayaq açması, polisin gözünün önündə belə işləməsi adi hala çevrilib.
Ilkin araşdırmaları zamanı məlum olub ki, Nobel prospekti ilə şəhid Daşqın Cəfərov küçəsinin kəsişməsində, «Günəş» marketlə üz-üzə adsız «massaj salonu»nda əxlaqsızlıq yuvası yerləşir. İşin ən tərs tərəfi də o idi ki, həmin əxlaqsızlıq yuvası elə polis bölməsinə heç də uzaq fəaliyyət göstərmir.
Bununla əlaqədar apardığımız araşdırma zamanı o da məlum olmuşdu ki, həmin «priton»un başında Ələsgər adlı şəxs dayanır. Hətta o da bildirilirdi ki, bu, Ələsgərin yeganə «obyekti» deyil, bundan başqa şəhərin mərkəzində də bir neçə bu qəbildən olan «qazanc yeri» var.
Məlum olub ki, Ələsgərin «krişalıq» etdiyi daha bir əxlaqsızlıq yuvası şəhərin düz mərkəzində yerləşir. Belə ki, Süleyman Rəhimov küçəsi ilə Süleyman Rüstəm küçəsinin kəsişməsində yerləşən «Limon» çay evinin zirzəmsində «priton» fəaliyyət göstərir. Orada mütəmadi olaraq oturan Emin adlı şəxsin vəzifəsi pulları yığmaqdan ibarətdir. Əsas fiqur isə Ələsgər adlı şəxsdir ki, onun «missiyası» daha böyükdür.
Belə ki, polisdən tutmuş, qapıya gəlib «təhlükə» yarada biləcək hər bir şeyi önləmək, haqqını çatdırmaq onluqdur.
Maraqlıdır ki, «Limon» çay evinin zirzəmisində fəaliyyət göstərən əxlaqsızlıq yuvası ilə 22-ci Polis Bölməsinin arasındakı məsafə heç 100-150 metr olmaz. Şəhərin o biri başında cibgiri tapıb, həbs edən bu bölmənin əməkdaşlarının «qulaqlarının dibində»ki «priton»u görməmələri qətiyyən başa düşülən deyil.
Görünür, polis ya Ələsgər adlı «Papa Roza»dan qorxur, ya da ortada başqa məqamlar var. Elə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin dağın başında əxlaqsızlıq yuvası aşkarlaya bildiyi halda, şəhərin mərkəzindən xəbərsiz olması da müəmmalıdır.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024