Mobil versiya
Ağcabədidə xeyli miqdarda saxta əsginas qanunsuz dövriyyədən çıxarılıb
Tarix: 24-12-2018 | Saat: 14:16
Bölmə:Ölkə | çapa göndər

Ağcabədidə xeyli miqdarda saxta əsginas qanunsuz dövriyyədən çıxarılıb


Polis əməkdaşları tərəfindən Ağcabədi rayonunda xeyli miqdarda saxta əsginas aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən 4 mağaza sahibi dekabrın 23-də mağazalarında alış-veriş edən 2 nəfərin onlara müvafiq olaraq 3 ədəd 20 manatlıq və 1 ədəd 100 manatlıq əsginaslar verdiklərini, sonradan həmin pulların saxta olduğunu aşkar etdiklərini bildiriblər. Həmin əsginaslar polis əməkdaşlarına təqdim olunub.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxta pulları verməkdə şübhəli bilinən rayon sakinləri Mehdi Mehdizadə və Təhminə Nəzərova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan əlavə olaraq 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq saxta əsginaslar aşkar edilib.

Araşdırmalarla onların saxta əsginasları T.Nəzərovanın atası Firəddindən aldıqları müəyyən edilib.
Görülmüş tədbirlərlə əvvəllər məhkum olunmuş Firəddin Nəzərov da saxlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 21 ədəd 100 manatlıq, 29 ədəd 20 manatlıq, 11 ədəd 10 manatlıq, 62 ədəd 5 manatlıq və 37 ədəd 1 manatlıq saxta əsginaslar aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024