Mobil versiya
Aytacın qatilinin apellyasiya məhkəməsi başlayır – FOTO (18+)
Tarix: 28-12-2015 | Saat: 14:17
Bölmə:Gündəm / Parlament / Aia TV / Karusel | çapa göndər


“Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa...”.

Bakı Apellyasiya Məhkəməsində Gürcüstan vətəndaşı İzzət Hüseynovun (1995-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı başlayır.

Aia.az xəbər verir ki, bu il aprelin 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsi, 81 ünvanında İzzət Hüseynov sevdiyi qıza, Aytac Babayevaya (1998-ci il təv.) çoxsaylı bıçaq zərbələri vuraraq, onu qəsdən öldürüb.

Hadisə aralarında yaranan münaqişə zəminində baş verib. Cinayəti törədən şəxs həmin gün Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. İş üzrə dindirilən İzzət Aytacı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib:

“Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə.

Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa sonra özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa, kaş onun yerinə mən ölərdim”.

Qeyd edək ki, mərhum A.Babayeva Nizami rayonunda yerləşən 58 saylı orta məktəbin 11-ci sinfində oxuyub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsində ilkin baxış dekabrın 29-na təyin olunub.

Aytacın qatilinin apellyasiya məhkəməsi başlayır – FOTO (18+)





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə