AZ RU Mobil versiya
Buraxılış imtahanlarının nəticələri açıqlandı
Tarix: 18-06-2015 | Saat: 20:25
Bölmə:Təhsil / Manşet / Karusel | çapa göndər


İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 16-da Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb.

Komissiyanın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

TQDK kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə onu çatdırır ki, ümumi (9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi iyulun 8-dən 15-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər. İxtisas seçimi avqustun 14-dən 19-dək aparılacaq. Qəbul aparılacaq ixtisaslar və digər məlumatlar 5 saylı "Abituriyent" jurnalında təqdim olunacaq.

V qrup üzrə müsabiqə şərtləri və digər vacib məlumatlar 2 saylı "Abituriyent" jurnalında dərc olunub.

Qeyd edək ki, buraxılış imtahanında bir düzgün cavab 1 balla hesablanır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5799 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-01-2021
18-01-2021