Mobil versiya
Bakıda evdən külli miqdarda qızıl və bahalı silahlar oğurlandı
Tarix: 27-12-2015 | Saat: 13:19
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər


Faktla bağlı araşdırma aparılır.

Payaxtda evdən xeyli miqdarda qiymətli əşyalar oğurlanıb.

Aia.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində baş verib.

Həmin küçədə yaşayan Əliyev Elxan Zülfi oğlu polisə müraciət edərək bildirib ki, dekabrın 27-nə keçən gecə saat 23 radələrində naməlum şəxs və ya şəxslər evin nəfəsliyinin dəmir barmaqlıqlarını qıraraq mənzilə daxil olublar. Evdən 11 min manat dəyərində qızıl-zinət əşyaları, 700 manat nəğd pul, İtaliya istehsalı olan tapança və dəyəri 5 min manatdan çox olan qoşalülə tüfəng oğurlanıb.

Müraciət əsasında araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024