Mobil versiya
Bərdədə səhiyyənin inkişafı xüsusi diqqət mərkəzindədir
Tarix: 28-11-2018 | Saat: 17:20
Bölmə:Manşet / Səhiyyə | çapa göndər

Bərdədə səhiyyənin inkişafı xüsusi diqqət mərkəzindədir




Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva peşəkarlardan ibarət kollektiv formalaşdıra bilmişdir

Bu gün Azərbaycanda bir çox digər sahələr kimi, səhiyyə sistemi də özünün yeni ninkişaf mərhələsini yaşayır. Artıq Nəinki paytaxt Bakıda, həmçinin bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir.



Dövlət qayğısı sayəsində tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açılmış rayonlarımızdan biri də Bərdədir. Hazırda Bərdə rayonunda Mərkəzi Rayon Xəstəxanası, şəhər Poliklinikası, rayon Doğum evi, rayon Uşaq xəstəxanası, şəhər Uşaq Poliklinikası, Ağciyər xəstəlikləri xəstəxanası, Gigeyena və Epidemiologiya Mərkəzi, Tibbi Təcili Yardım stansiyası, 5 kənd xəstəxanası, 29 həkim məntəqəsi, 49 tibb məntəqəsi, nəzdində 10 şöbə, 3 kabinet və 1 aptek olmaqla Bərdə Regional Diaqnostika Mərkəzi fəaliyyət göstərir. Bu tibb ocaqlarında ümumilikdə 322 həkim və 933 tibb işçisi çalışır.

Bərdə Mərkəzi Rayon Xəstəxanası 221 çarpayılıqdır. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxana 11 şöbədən ibarətdir ki, bunun da əsasını cərrahiyyə, travmatologiya, reanimasiya və intensiv terapiya, endokrinoloqiya, kardiologiya və doğum şöbəsi təşkil edir. 200 mindən artıq yerli əhali və orada məskunlaşmış qaçqın və məcburi köçkünlərə daha da səmərəli tibbi xidmətlə təmin etmək məqsədi ilə xəstəxanada istilik və qida sistemi də yüksək səviyyədə təşkil olunmuşdur.




Qeyd etmək lazımdır ki, bu gün Bərdə rayon səhiyyəsində müşahidə olunan inkişaf və əldə edilmiş nailiyyətlərdə bilavasitə Bərdə Rayon Mərkəzi Xəstəxananın baş həkimi Rəna Mustafayevanın danılmaz xidmətləri vardır. Rayon ictimaiyyətinin böyük əksəriyyətinin ümumi rəyinə görə, məhz Rəna xanımın ciddi səyləri nəticəsində hazırda rayon üzrə səhiyyə sahəsində bir çox neqativ göstəricilərdə kəskin azalma müşahidə olunur.

Mərkəzi Xəstəxanada, eləcə də rayonun digər səhiyyə ocaqlarında əhaliyə yüksək səviyyədə tibbi xidmətlər göstərilir. Sakinlər MRX-nın baş həkimi Rəna Mustafayevadan xüsusilə razılıq edirlər. Onların sözlərinə görə, bu gün artıq rayon səhiyyəsində ciddi nizam-intizam olmaqla yanaşı, öz peşəsini mükəmməl bilən elmli və təcrübəli həkimlər çalışırlar. Xüsusilə vurğulamaq lazımdır ki, xəstəxananın elmi potensialı da yüksək səviyyədədir. Bu gün Bərdə MRX təkcə bu rayonun sakinlərinə deyil, eyni zamanda ətraf bölgələrdə yaşayan vətəndaşlara da yüksək səviyyədə xidmət göstərir.



Ümumiyyətlə etiraf etmək lazımdır ki, Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə reallaşdırılan siyasətin prioritetləridir.

aia.az

Anar Həsənov
Aysun Babayeva



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024