"Vaxtından əvvəl doğulmuş uşaqlarda yarımçıqlıq əlaməti kimi bir sıra qüsurlar qalır" - FOTO
Tarix: 19-11-2018 | Saat: 12:12
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
Respublika Perinatal Mərkəzi və "Uptodate In Medicine" tibbi konsaltinq şirkətinin birgə təşəbbüsü, Avrasiya Klinik Elmlər Jurnalının dəstəyi ilə "Fetal exokardioqrafiya" mövzusunda seminar keçirilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, seminarda ölkənin müxtəlif tibb müəssisələrinin radioloqları, kardioloqları, reanimatoloqları, ginekoloqları, neonatoloqları, pediatrları iştirak ediblər.
Tədbirdə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, mərkəzin baş həkimi Sevinc Məmmədova çıxış edərək seminarın bütün səhiyyə ocaqlarında çalışan həkim-mütəxəssislər üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib: "Bu gün vaxtından əvvəl doğulmuş uşaqların günüdür. İştirak etdiyimiz tədbir də bu tarixlə əlaqədar mərkəzdə keçirilən növbəti toplantıdır. Tədbirin keçirilməsində əsas məqsəd vaxtından əvvəl doğulmuş körpələrdə ürək qüsurlarının erkən aşkarlanmasının üsullarını birgə müzakirə etməkdir. Belə ki, həmin uşaqların təxminən yarısında yarımçıqlıq əlaməti kimi bir sıra qüsurlar qalır. Bu problemlərə ürəklərində bəzi pərdə və pəncərələrin açıq qalması da aiddir. Uşaqlarda həmin problemləri erkən aşkarladıqda və düzgün müalicə etdikdə onlar ömürlərinin sonunacan ürək qüsurlarından qaçmış olurlar və sağlam böyüyürlər. Bu səbəbdən fetal exokardioqrafiyaya böyük əhəmiyyət verilir".
Tədbir radioloq Azər Fərəcin monoleksiyasının dinlənilməsi ilə davam etdirilib.
Seminarın sonunda həkimlərə davamlı tibbi təhsil üzrə 5 kredit ballıq sertifikatlar verilib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024