Gülzar nənə: “Ermənilər məni hədələyir” – Müsahibə
Tarix: 01-11-2018 | Saat: 09:54
Bölmə:Ölkə | çapa göndər
Uşaq yazarı Gülzar İbrahimova Teleqraf.com-a müsahibə verib.
Uşaqlar arasında “Gülzar nənə” ləqəbi ilə tanınan yazarla müsahibəni təqdim edirik.
- Əslən zəngəzurlusuz. Ailəniz 1959-cu ildə Zəngəzurdan Bakıya köçdükdən sonra yenidən ora qayıtdınızmı?
- Toyum Zəngəzurda oldu. Toydan sonra yenidən Bakıya qayıtdım.
- Ailəniz Zəngəzurdan ermənilərin təzyiqləri altında çıxmışdı?
- Orada olarkən heç bir təzyiq görməmişəm. Təzyiqlərlə həyat yoldaşımın ailəsi qarşılaşıb.
- Bəs erməni dostlarınız var idimi?
- Vaxtilə olub. Biz onları, onlar da bizi qonaq çağırırdılar. Ailəmin erməni kirvəsi vardı. Çox mehriban insanlar idilər. Qayınatam da erməni dilini bilirdi. Səfərəli müəllim Mehridə hörməti insan idi, ermənilər onu çox istəyirdilər.
Amma o vaxt böyüklərimiz ermənilərin bizə zülm etdiklərini danışırdılar. Danışırdılar ki, hamilə qadınlarımızın kürəklərinə qaynar samovar bağlayırdılar, bayram günlərində tüfənglərlə azərbaycanlıları qorxudurlar. Çalışırdılar ki, bayramlarda azərbaycanlılar arasında qarışıqlıq salsınlar. Belə söhbətləri çox eşitmişəm. Amma özüm görməmişəm.
- Bakıya niyə köçdünüz?
- Atam orada iş tapa bilmirdi. Buna görə Bakıya köçdük.
- Yaradıcılığa nə vaxt başladınız?
- Orta məktəbdə oxuyarkən şeir yazırdım, şeir qoşurdum. Amma buna heç kəs məhəl qoymurdu. Gənclik illərində isə yazdıqlarımı cırıb atırdım. 37 yaşımda məqalə yazıb qəzetlərə göndərməyə başladım. “Həftə” qəzetində İlham müəllim dedi, sən yazılarını elə bəzəyirsən ki, nağıla oxşayır, səndən yaxşı nağıl yazan olar. Özümü sınadım, elə həmin gün bir nağıl yazdım.
Qonşumuzda bir uşaq vardı, nağılı oxudu, sonra mənə yalvardı ki, yenə yazım. Bu da məni həvəsləndirdi. Bundan sonra nağıl yazmağa başladım və müəyyən uğurlar qazana bildim.
Yazılarımı bütün peşəkar insanlara, ziyalılara göstərirdim. Bir dəfə utana-utana Canəli müəllimə yaxınlaşdım, mənə dedi ki, sənin bu nağılları haradan götürdüyünü bilirəm. Qayıtdım ki, Canəli müəllim, mən bunları özüm yazıram, indi sizin üçün elə bir nağıl yazacam ki, dünyada bundan yaxşısı olmayacaq.
Oturub 15 səhifəlik nağıl yazdım. Nağıl “Dəniz balası” adlanırdı. İndi də yazdıqlarım içində ən sevilən nağıllardan biridir.
- Söz düşmüşkən, bu gün uşaqlar üçün yazılan nağıllar sizi qane edirmi?
- Sözün açığını desəm, qane etmir. Mən “Speys” radiosunda uşaqlar üçün nağıl proqramını aparırdım. Özümün yazdığım nağılları oxuyub bitirdim, sonra kitab mağazalarından nağıl kitabları axtarmağa başladım. İnanın, tapa bilmədim. Gənc valideynlərə ürəyim yandı ki, uşaqlarına danışmağa, oxumağa yaxşı nağıl tapa bilmirlər. Uşağa eyni nağılı danışmaq olmaz. Hər gecə “Cırtdan”, “Tıq-tıq xanım” nağılını danışan valideynlər var. Bəzi valideynlər isə heç bunu da danışmır.
- Bildiyim qədər uşaqlarla bağlı layihələr həyata keçirsiniz...
- Mütaliə ilə bağlı davamlı layihələr rallaşdırıram. “Sehrli dünya” jurnalı artıq yeddinci ildir işıq üzü görür. Uşaqlar bu jurnalı həsrətlə, böyük sevinclə gözləyir. Sevinirəm ki, bu jurnal uşaqların sevimlisinə çevrilib. Nağıllarla, hekayələrlə yanaşı, jurnalda milli üslubda çəkilmiş şəkillər də yer alır. Uşaqlar belə rəsmlərin olmadığı kitablara yaxın durmur.
- Jurnalın yayımı necə həyata keçirilir, pulsuz paylanılırmı?
- Mədəniyyət Nazirliyi jurnala abunədir. Rayonlara da paylanılır. Bölgələrdə bu jurnalı alıb sevə-sevə oxuyurlar. Elə rayonlar olur ki, maliyyə cəhətdən borclu qalırlar, amma mən buna baxmıram. İndi də borcu olanlar var, amma uşaqlar bu jurnalı həsrətlə gözləyir. Mən onların gözlərini yollarda qoya bilmərəm.
Jurnala, kitaba həvəs sevgidən yaranır, buna görə də biz daim işləyirik. Bir şey ki uşaqlara aiddir, biz bunu heç nə ilə müqayisə edə bilmərik. Onları aldatmaq, gözlətmək olmaz. Uşaqlar sehirli məxluqlardır, “Sehrli dünya” da bu sevgidən yaranıb.
- Amma uşaqlarla işləmək, onlar üçün mətn yazmaq çətin iş olmalıdır...
- Mən bu sahəyə təzə gələndə İlyas Tapdıq, Əli Səmədli, Əlibala Hacızadə dedilər ki, sən buna necə cəsarət edirsən, bu, çox çətin sahədir, hər adam bacarmaz. Mən də cavab verdim ki, yazmaq mənə asan gəlir. Əlbəttə, bu, etiraz deyildi, uşaq yazarı olmaq həqiqətən çətin işdir. İllər keçdikcə, bu sahənin dərinliyinə vardıqca görürəm ki, çox incə, çox həssas sahədir. Uşaqların zövqünə uyğun yazmaq asan deyil. Ya sən uşaqlara kitabları sevdirəcəksən, ya da onları kitabdan daha da uzaqlaşdıracaqsan.
Buna görə də, uşaq yazıçıları çox diqqətli olmalıdırlar. Uşaqların rəyini mütləq öyrənməlidirlər.
- Siz işinizi necə qurmuşunuz?
- İşimi birinci gündən belə qurmuşam: yazılar dərc olunmamış birinci uşaqlar oxuyur, sonra qərar verirəm. Hansısa tədbir keçirəndə də, tədbir başlamazdan əvvəl uşaqlarla danışıram, onların nə istədiyini öyrənirəm.
Uşaqlardan biri ilə söhbət edəndə soruşdum ki, hansı nağılları oxumaq istəyərdin. Dedi ki, kosmos haqda oxumaq istəyərəm. Bundan əvvəl də Qara Namazovla məsləhətləşmişdim, mənə demişdi ki, fantastika janrında yazım, Azərbaycanda fantastika yazan çox azdır. Gördüm ki, mütəxəssisin sözü ilə uşaqların istəyi üst-üstə düşür. Bundan sonra “Sirus-Virusun macəraları”nı yazdım. Virus kompüterdən çıxmış mənfi, Sirus isə müsbət obrazdır.
- Uşaqların rəylərini nəzərə aldığınızı dediniz. Bəs yazdığınız mətnləri uşaqların dünyagörüşünə uyğun qura bilirsinizmi?
- Mütləq! Əgər uşaq səndən yazdığın nağıllardan yenisini tələb edirsə, demək, bu, uğurun ilk yarısıdır. “Sirus-Virusun macəraları” da belə yaranıb. Əvvəl jurnalda bölümlərlə çap edildi, sonra bunu kitab formasında nəşr etdim. Beləliklə, uşaq macəra romanı yarandı. Hələ ki Azərbaycanda belə romana rast gəlməmişəm. Digər yazarlarımız da yazırlar, tərcümələr edirlər, amma onlarda məhsuldarlıq görmürəm.
Yutub kanalımızda “Əlibaba və qırx quldur” səsli nağılımıza bir gündə 70 min dəfə baxılıb. “Ciddi ol” adlı yumor kitabı çap etdirmişəm. Özümün yazdığım mətnlərlə yanaşı, burada tərcümə mətnlərini, eşitdiyim yumorları yazmışam, kitabda nəfis formada tərtib olunmuş şəkillərlə vermişik.
Uşaqların əhval-ruhiyyəsini yüksək saxlamaq lazımdır. Gecə-gündüz oturub bu işlə məşğulam ki, uşaqlar üçün yararlı materiallar ortaya qoya bilim.
- Bakıda yaşayan uşaqlarla bölgə uşaqları arasında fərq varmı?
- Regionda yaşayan uşaqlar rəğbətlərini daha yaxşı ifadə edə bilirlər. Ən maraqlı ideyanı Sumqayıt uşaqları verirlər. Onların həm dinləmək, həm mətnləri müzakirə etmək, həm də ideya vermək qabiliyyətləri mükəmməldir. Nağıllardan gözəl tamaşalar qura bilirlər.
Harada uşaq görürəmsə, özümü onların arasına salıram. Çünki onlar daha səmimidirlər, daha təmiz və saf dünyanın sakinləridir.
- Belə bir söz də var ki, uşaq yazarları onlardan da uşaqdırlar...
- Uşaq kimi olmasan, onları başa düşmək mümkün deyil. Ayaqlarımda iki çapıq var, uşaqlarla qaçarkən yıxılmışam. Hələ də uşaq kimi qaldığımı hiss edirəm. Bəzən gənclərin özlərini ağır aparmalarını başa düşə bilmirəm. Çünki mənim özümün daxilimdə bir uşaq gizləndiyi üçün onları anlamıram. Mən uşaqlarla bir yerdə qaçmaq, tullanmaq, oxumaq, oynamaq istəyirəm. Bəlkə də buna görədir ki, yazdıqlarımı sevirlər.
- İstedadlı uşaqları həvəsləndirmək üçün hansı işləri görürsünüz?
- Azərbaycan istedadlarla qaynayır. Heç bir ölkədə bu qədər istedad yoxdur. Sadəcə onları üzə çıxarmırıq. İstedadlı uşaqlarla mən xüsusi diqqət ayırıram. Jurnala şeirlərini, nağıllarını, hekayələrini göndərən uşaqlar var. Onlarla görüşmək istədim, bu barədə AYB sədri Anar müəllimə müraciət etdim. Görüşün keçirilməsinə icazə verdi, Qəşəm Nəcəfzadə də yardım etdi.
Uşaqlarla görüş keçirdik, Fikrət Qoca, Çingiz Abdullayev və digər yazıçılarımız öz kitablarını uşaqlara hədiyyə verdilər. Biz uşaqların da yazdıqlarını müzakirə etdik, onlarla danışdıq, söhbətləşdik. Gücümüz çatdığı qədər hədiyyələrlə sevindirdik. “Sehrli dünya” jurnalı adından təltifnamələr təqdim etdik.
- Həmin uşaqların yazılarını dərc edirsinizmi?
- Yaxşı yazanların mətnlərini dərc edirik. Bəzilərinin qısa məzmununu veririk. Hər uşağa fərdi yanaşırıq, onların qəlblərini qırmırıq. Məsələn, xəstə uşaqlara jurnalları pulsuz göndəririk. Biz bir dairə yaratmışıq, həqiqətən bu dairənin içində sehrli dünya var.
- Kimsəsiz uşaqları necə, yada salırsınızmı?
- Əlbəttə, onları da sevindiririk. Tez-tez uşaq evlərində oluruq, gedə bilməyəndə jurnal göndəririk.
- Bəs bölgələrdə yaşayan kimsəsizlər?..
- Bölgələrdə bizim tədbirlərimiz olur, həmin tədbirlərə kimsəsiz uşaqları da dəvət edirik.
- Lal, gözdən və qulaqdan əlil uşaqlar üçün hansı işləri görürsünüz?
- Onlar üçün xüsusi disklər hazırlamışıq. Burada nağıllar və digər mətnlər yer alıb. Respublika Gözdən Əlillər Kitabxanası ilə əməkdaşlıq edirik.
- Televiziya layihəsi nəzərdə tutmusunuzmu?
- Belə bir ideyamız var. Lakin təəssüf ki, kadr tapmaq çətindir. Buna baxmayaraq, arzularımız, planlarımız tükənmir.
Əli adında bir uşaq var, pəltək idi. Həkimlər də kömək edə bilmirdi. Mən ona nağıl diskləri vermişdim, o, nağıllara baxdıqdan sonra sərbəst danışmağa başladı, yəni nağılların sehrli olduğuna inanıram.
- Nağıllardan çox danışdıq, bəs uşaqlar üçün tapmacalar hazırlayırsınız?
- Əlbəttə, tapmacalar da hazırlayırıq. Yutub səhifəsində bununla bağlı materiallar yerləşdirmişik. Bu da çox uğurlu alındı. Rayon məktəblərində bu tapmacalardan tamaşalar, səhnəciklər hazırlayırlar. Uşaqlar şeirlərimdən də tamaşa hazırlayırlar. Vətənpərvərlik, milli-mənəvi dəyərləri özündə əks etdirən şeirlər, tapmacalar, nağıllar hazırlayıram.
- Müasir texnoloji yenilikləri özündə əks etdirən mətnlər yazırsınızmı?
- Bəli. Mobil telefon haqda yazmışam. Öyrədici hekayələrim var. Məncə, insan elmi-texniki tərəqqini uşaq vaxtından öyrənməlidir. Biz də bunun üçün çalışırıq.
- Nəşriyyatlar necə, onlar uşaqların dillərini bilirlər?
- Bu sahədə ciddi problemlər var. Nəşriyyatlar kitabları, jurnalları çapa verməzdən əvvəl bunları ciddi nəzərdən keçirməlidir.
- Bir az da uşaq şeirləri haqda danışardınız, onlara tələb varmı?
- Məndən uşaq şeirlərini çox istəyirlər. Axtarırlar, tapmırlar. Özüm də yazıram. Lakin məndə nağıllar daha yaxşı alınır, buna görə də nağıl yazmağa daha çox üstünlük verirəm.
- Uşaqlar daha çox nəyə maraq göstərirlər: nağıllara, yoxsa şeirlərə?
- Demək olar ki, maraq eyni səviyyədədir. Amma məsələn, əlamətdar günlərdə, bayramlarda uşaqlar daha çox şeir axtarırlar. Vətənpərvərlik mövzusunda şeirlərə tələbat var, mən bunu da yazmışam. Bir ara məktəblərdə şeir əzbərlənməsinə qadağa qoyulmuşdu, bundan sonra bir müddət şeirin gözəlliyi itdi.
Amma yenidən uşaqlar şeiri sevməyə başladılar. Çünki şeir yaddaşı möhkəmləndirir, uşaqları əyləndirir. Uşaqlara şeir əzbərlətmək vacibdir.
- Şeir demişkən, “Xoruz” və “Keçi”nin hegemonluğuna niyə son qoyulmur?
- Bu məsələdə bir sıra müəllimlərimiz və valideynlərimiz günahkardır. Bu, uşaqların problemi deyil. Yaxşı şeirləri tapıb uşaqlara əzbərlətmirlər.
- Dünya ədəbiyyatından tərcümələr edirsiniz?
- Mütləq edirəm, bunsuz mümkün deyil.
- Daha çox hansı ölkələrin ədəbiyyatından?
- Skandinaviya ölkələrinin, əsasən Norveç, rus nağıllarını tərcümə edirəm.
- Ümumi olaraq tərcümə sahəsindəki vəziyyəti qənaətbəxş hesab etmək olarmı?
- Tərcümə sahəsində zəifik. Məndən rus dilində yazılar istəyirlər, amma tərcümə etdirə bilmirəm. Nə qədər tərcümə mərkəzləri gəzmişəm, amma yazılarımı tərcümə edəcək adam tapmıram. Hərdən də yazılarımı elə tərcümə edirlər ki, özüm də oxuya bilmirəm.
Məsələn, ermənilər hekayələrimi, nağıllarımı tərcümə edib öz saytlarında yayımlayıblar. Yazırlar ki, Gülzar İbrahimova bizim haqqımızda azərbaycanlı uşaqlara yazır ki, ermənilər müharibədə uşaqları işgəncə ilə öldürüb, azərbaycanlılara zülm ediblər. Amma mən yalan yazmamışam, həqiqətləri yazmışam, şiddəti də olduğu kimi yazmamışam ki, uşaqlara pis təsir edər.
Amma ermənilər yazılarımı çox peşəkar formada tərcümə ediblər. Bəs bizdə niyə belə peşəkarlar gözə dəymir?
– Bu yazılara görə sizi təhdid edirlər?
- Ermənilər saytlarda yazılarım ətrafında müzakirələr aparırlar, tərcümələr edirlər. Amma məni təhqir etmirlər. Həmin saytlardan birinin rəhbəri əməkdaşlarına tapşırıb ki, yazıçını təhqir etmək olmaz. Bu, çox maraqlı faktdır.
Ermənilər öz saytlarında məni hədələyir. Cürbəcür adlarla mənə müraciət edirlər. Biri “Klara Setkin” adlandırır, biri başqa adla çağırır.
- Yazılarınızda məktəbə, təhsilə sevgi yer alırmı?
- Bu barədə kifayət qədər şeirlərim, hekayələrim, mətnlərim var. Məktəbə sevgi aşılayan yazılarım çoxdur. Müəllimlər də zəng edib mənə belə şeir sifarişi verirlər.
- Sizcə, uşaqların bədii mətnlərlə tərbiyəsində əsas rolu qadın, yoxsa kişi yazarlar oynayırlar?
- İndi üstünlük qadın yazarların tərəfindədir. Kişilər illər öncə bir neçə yazı yazıb oturublar. Daha yazmaq istəmirlər. İndi qadın yazarlar da məhsuldar deyillər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər