Mobil versiya
2 nömrəli BBTK – orta-ixtisas tibb kadrlarının hazırlıq səviyyəsi yüksəkdir
Tarix: 25-10-2018 | Saat: 13:38
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

2 nömrəli BBTK – orta-ixtisas tibb kadrlarının hazırlıq səviyyəsi yüksəkdir






Dilarə Məmmədəliyevanın elmi potensialı və yüksək peşəkarlığı pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir

Birmənalı olaraq demək olar ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci bu gün Azərbaycanda səhiyyə sahəsində peşəkar orta-ixtisas kadrlarının hazırlanması istiqamətində fəaliyyət göstərən ən uğurlu tibb təhsil ocaqlarından biridir. Məlumat üçün bildirək ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci 1975-ci ilin yanvar ayında Ulu Öndər Heydər Əliyevin şəxsən iştirakı ilə açılmış və fəaliyyətə başlamışdır. Kollec dövlət statuslu təhsil müəssisəsidir. Orta ixtisas təhsilli mütəxəssislər hazırlayır. Fəaliyyət göstərdiyi müddətdə Respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə orta tibb işçisi hazırlayan BBTK-də həmçinin orta tibb işçisi və əczaçı ixtisas təhsilli tibb işçilərinin ixtisaslaşdırma və təkmilləşdirmə kurslarıda fəaliyyət göstərir. Kollecin direktoru tibb elmlərinamizədi Dilarə Məmmədəliyevadır.

Bacarıqlı rəhbər, tanınmış alim



Dilarə Məmmədəliyeva 1982-1985-ci illərdə Azərbaycan Tibb İnstitutunun “Üz-çənə cərrahiyə” kafedrasının aspirantı olmuşdur. 1989-cu ildə Tbilisi şəhərindəki Həkimləri Təkmilləşdirmə İnstitutunda “Aşağı tezlikli ultrasəs kavitasiyası ilə uşaqlarda üz-çənə nahiyyəsinin kəskin iltihabi proseslərinin müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
Dilarə Məmmədəliyevanın elmi tədqiqatları sırasında “Aşağı tezlikli ultrasəslə irinli-iltihab xəstəliklərinin müalicəsi”mövzusu xüsusi yer almışdır. Belə ki, bu tədqiqatda təklif olunan müalicə üsulu yüksək effektivliyi ilə diqqəti cəlb edir. Lokal, antiseptik, bakterial təsiri ilə ödemi azaldır. Beləliklə də, istifadə edilən bu müalicəvi üsul xəstələrin stasionar şəraitində olmaq müddətini azaldır və orqanizmin daha tez sağalmasına əlavə müsbət təsir göstərir. Dilarə Məmmədəliyeva17 elmi işin müəllifidir.

Məzunlarımız xarici ölkələrdə çalışırlar




Qeyd etmək lazımdır ki, Dilarə xanımın yüksək elmi potensialı, zəngin iş təcrübəsi kollecin elmi-pedaqoji və tələbə kollektivi tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Məhz elə bu təcrübənin nəticəsi olaraq, bu gün 2 nömrəli Bakı Baza Tibb Kollecində olan bütün ixtisaslar üzrə kadr hazırlığı müasir dövrün ən yüksək tələblərinə uyğun səviyyədə həyata keçirilir. Tələbələrin fənnləri daha dərindən mənimsəmələri üçün fənn kabinetlərinin nəzdində müxtəlif dərnəklər fəaliyyət göstərir. Dərnək üzvləri əyani vəsaitlərin, müxtəlif guşələrin tərtibində iştirak edir, məruzə və referatlar hazırlayırlar. Kollecdə kifayət qədər təcrübəli və dərin elmi biliklərə sahib olan müəllim heyəti çalışır. Kollecin müəllimləri arasında elmlər namizədləri, əməkdar müəllimlər var. 2 nömrəli BBTK-nin yetişdirdiyi mütəxəssislər isə, bu gün yalnız Azərbaycanda deyil, həmçinin bir çox xarici ölkələrdə də tibbin müxtəlif sahələrində uğurla çalışırlar. Yeri gəlmişkən, kollecin direktoru Dilarə Məmmədəliyeva bu tibb-təhsil müəssisəsinin özünün də xarici əlaqələrinin inkişafı üçün mütəmadi olaraq müvafiq iş aparır. Elə bu materialın çapa hazırlandığı gün də 2 nömrəli BBTK-də Rusiyadan təcrübə mübadiləsi məqsədilə dəvət olunmuş mütəxəssislərin “master-klass” məşğələləri təşkil edilmişdi.

Tədris prosesinin şəffaflığı və yüksək keyfiyyəti təmin edilib




Kollecdə təhsil kredit sistemi ilə aparılır. Tədris planlarının şəffaflığını təmin edən bu sistem həm də təhsil proqramlarının ölkədə və xaricdə tanınmasına imkan verir, tələbələrə digər təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır. Qeyd edək ki, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə kollecdə Münaqişə komissiyası və “Qaynar xətt” xidməti təşkil olunub.Kollecin maddi-texniki bazasını möhkəmləndirmək üçün fənn kabinetləri müxtəlif tibbi avadanlıq və alətlərlə, əyani vəsait və tablolarla təchiz edilmişdir. Dövrün tələblərinə uyğun olaraq kollecdə müasir kompüterlərlə tam təmin olunmuş informatika otağı yaradılmışdır. Tələbələrin təcrübi bilik, bacarıq və vərdişlərinin yüksəldilməsi məqsədilə təcrübi dərslər Səhiyyə Nazirliyinin klinika, poliklinika, doğum evləri, dispanserlər və elmi-tədqiqat institutlarında keçirilir. Bu gün mövcud olan ictimai rəyə görə 2 nömrəli Bakı Baza Tibb Kollecində orta-ixtisas tibb kadrlarının hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir.


aia.az
Hazırladı: Murad Məmmədov,
Aytən Həsənova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024