Mobil versiya
Gələn il Bakı şəhərinin gəlirləri 6 milyard 600 milyon manat PROQNOZLAŞDIRILIB
Tarix: 23-10-2018 | Saat: 13:10
Bölmə:Manşet / Ölkə | çapa göndər

Gələn il Bakı şəhərinin gəlirləri 6 milyard 600 milyon manat PROQNOZLAŞDIRILIB


Son illər olduğu kimi, 2019-cu ilin dövlət büdcəsindən də bəzi şəhər və rayonlara dotasiya ayrılmayacaq.

Modern.az-ın məlumatına görə, bu barədə “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bu sırada Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri də olacaq.

2019-cu ilin dövlət büdcəsində Bakı şəhərinin gəlirləri 6 milyard 600 milyon manat, Gəncənin gəlirləri 47 milyon manat, Sumqayıtın gəlirləri 90 milyon manat, Mingəçevirin gəlirləri 21 milyon manat göstərilib.



Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024