Ana Sayfa > Manşet / Ölkə > Gələn il Bakı şəhərinin gəlirləri 6 milyard 600 milyon manat PROQNOZLAŞDIRILIB
Gələn il Bakı şəhərinin gəlirləri 6 milyard 600 milyon manat PROQNOZLAŞDIRILIB23-10-2018, 13:10. Yazar: sevinc1 |
Son illər olduğu kimi, 2019-cu ilin dövlət büdcəsindən də bəzi şəhər və rayonlara dotasiya ayrılmayacaq. Modern.az-ın məlumatına görə, bu barədə “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib. Bu sırada Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri də olacaq. 2019-cu ilin dövlət büdcəsində Bakı şəhərinin gəlirləri 6 milyard 600 milyon manat, Gəncənin gəlirləri 47 milyon manat, Sumqayıtın gəlirləri 90 milyon manat, Mingəçevirin gəlirləri 21 milyon manat göstərilib. Qeyd edək ki, büdcə zərfinə daxil olan "2019-cu il dövlət büdcəsi haqqında”, " 2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri Milli Məclisin noyabrın 13-ü, 14-ü, 15-i, 23-ü və 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. aia.az Geri dön |