Mobil versiya
Cahangir Hacıyev istintaq təcridxanasına köçürülür
Tarix: 19-12-2015 | Saat: 14:26
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər

Cahangir Hacıyev istintaq təcridxanasına köçürülür
Barəsində həbs qətimkan tədbiri seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev bu gün 1 saylı İstintaq Təcridxanasına köçürüləcək.
Aia.az-ın report-a istinadən məlumatına görə, bu barədə C.Hacıyevin vəkili Aqil Layicov bildirib.
C.Hacıyev hazırda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılır.
Xatırladaq ki, A.Layicov mətbuata açıqlamasında C.Hacıyevin BMCMİ-də saxlanılmasının qanunsuz olduğunu və bu səbəbdən də məhkəməyə müraciət etdiklərini deyib.
Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə