Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Cahangir Hacıyev istintaq təcridxanasına köçürülür
Cahangir Hacıyev istintaq təcridxanasına köçürülür19-12-2015, 14:26. Yazar: admin |
Barəsində həbs qətimkan tədbiri seçilmiş “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev bu gün 1 saylı İstintaq Təcridxanasına köçürüləcək. Aia.az-ın report-a istinadən məlumatına görə, bu barədə C.Hacıyevin vəkili Aqil Layicov bildirib. C.Hacıyev hazırda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılır. Xatırladaq ki, A.Layicov mətbuata açıqlamasında C.Hacıyevin BMCMİ-də saxlanılmasının qanunsuz olduğunu və bu səbəbdən də məhkəməyə müraciət etdiklərini deyib. Qeyd edək ki, C.Hacıyev dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Geri dön |