Milli Onkologiya Mərkəzində ll Bakı Endoskopik Forumu keçirilib
Tarix: 11-10-2018 | Saat: 14:32
Bölmə:Karusel / Qərbi Azərbaycan | çapa göndər
Milli Onkologiya Mərkəzində (MOM) erkən diaqnostika və az invaziv müalicə metodları sahəsində ixtisaslaşmış dünya şöhrətli “Olympus” konserni ilə birgə ll Bakı Endoskopik Forumu keçirilib.
Forumda Azərbaycanın tanınmış həkim-qastroenteroloqları, onkoloqları, cərrahlar və pediatrları iştirak ediblər.
Forumu giriş sözü ilə açan MOM-un baş həkimi Azad Kərimli mərkəzin fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına məlumat verib. O, dünyanın ən tanınmış onkoloji mərkəzləri ilə elmi tədqiqatlar, kadr mübadiləsi və yeni innovasiyaların tətbiqi sahəsində geniş əməkdaşlıq əlaqələrinə malik MOM-un məhz dövlətin daimi diqqət və qayğısı nəticəsində Cənubi Qafqazın ən qabaqcıl elm və şəfa məbədinə çevrildiyini vurğulayıb.
Tədbirdə Gürcüstanın, Rusiyanın, Ukraynanın, həmçinin Azərbaycan Milli Onkologiya Mərkəzinin aparıcı həkimlərinin məruzələri dinlənilib və elmi fikir mübadiləsi aparılıb.
Forumda MOM-un əməkdaşları Gülüstan Babayeva “Bağırsağın iltihabi xəstəliklərinin diaqnostikasında EUS–un rolu”, Həcər Həsənova “Milli Onkologiya Mərkəzində uşaq endoskopiyası”, Nigar Əliyeva “Uşaqlıq boynu xərçənginə görə radioterapiya almış xəstələrdə radiasion proktosiqmoiditlərin diaqnostikası və müalicəsi”, Ruslan Məmmədov “Mədə xərçənginin diaqnostikasında EUS-un rolu”, Moskva Kliniki Elmi Mərkəzinin dosenti İvan Nedoluşka “Endoskpistlər üçün yeni elektrocərrahiyyənin imkanları. ESG-300”, Tbilisi şəhər “Mediclub“ xəstəxanasının endoskopiya şöbəsinin rəhbəri İlya Laşki “Kolorektal yenitörəmələrin diaqnostika və müalicəsində müasir üsullar” mövzusunda, həmçinin Ukraynanın Kiyev şəhərinin “Oberiq“ Universal Xəstəxanasının endoskopiya və mənfəzadaxili cərrahiyyə şöbəsinin rəhbəri Vladislav Yakovenko məruzə ilə çıxış edib.
Tədbirin gedişində bu həkimlərin bir hissəsinin etdiyi endoskopik əməliyyatlar əməliyyat otağından iclas zalına canlı yayımlanıb.
Forumun bu bölümündə ustad dərsləri (master-klass) böyük maraq doğurub. V.Yakovenkonun mədənin submukozal törəməsinin ESD üsulu ilə kəsilib götürülməsinə aid xəstə üzərində əməliyyatı, MOM-un həkimi H.Həsənovanın əməliyyat otağından azyaşlı üzərində polipektomiya əməliyyatı, mərkəzin digər həkimi R.Məmmədovun xəstə üzərində öd yollarının stentləşməsi əməliyyatı birbaşa forum iştirakçılarına nümayiş etdirilib.
Qeyd edək ki, bu tədbir Azərbaycanda ikinci ildir keçirilir. Ötən ilin fevral ayında mərkəzdə uğurla təşkil edilmiş I Bakı Endoskopik Forumu nəinki ölkəmizdə, hətta onun hüdudlarından uzaqlarda da böyük marağa səbəb olmuşdu.
Forumun sonunda iştirakçı həkimlərə müvafiq sertifikatlar təqdim edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024