“Paşinyan bilməlidir ki, keçmiş hakimiyyətlərin taleyini yaşaya bilər”
Tarix: 04-10-2018 | Saat: 16:21
Bölmə:Siyasət | çapa göndər
Son zamanlar Müdafiə Nazirliyinin məlumatlarına baxdıqda açıq şəkildə görmək olur ki, Ermənistan cəbhədə törətdiyi təxribatları azaldıb. Görəsən bu, işğalçıların növbəti manevridirmi? Arxada hansı niyyət dayanır?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra siyasi danışıqların bütövlükdə iflasa uğraması və məlum inqilabi hakimiyyətin bir sıra ultimatumlarla Qarabağ məsələsinə baxışlar sərgiləməsi fonunda proses bütüvlükdə hərbi müstəviyə keçib:
“Sanki bunlar diplomatiyanın önünə çıxdılar.Rusiyada tez-tez belə bir ifadəni işlədirlər ki, Lavrovla danışmağa hazır olmayanlar mütləq qarşılarında Şoyqunu görəcəklər. Təxminən belə bir mənzərədir. Avtomatik olaraq silahlı qüvvələr hər gün pozulan atəşkəs fonunda ölkənin ictimai həyatında aparıcı mövqeyə çıxdılar və tərəflərin müəyyən itkiləri də oldu. Belə olduğu təqdirdə Ermənistanın vətəndaşlarından artıq Sarkisyanın əleyhinə keçmişdə göstərilən etirazlar, narazılıqlar, valideynlərin qarğışları, təhqirləri müxtəlif informasiya kanallarında yer aldı və təbii ki, bu özünü demokratik libasda təqdim edən Paşinyan hakimiyyəti üçün mənfi hadisə kimi sayılmalıdır”.
Zahid Orucun sözlərinə görə, Paşinyan çalışır ki, millətin içərisində qazandığı nüfuzu qələbəyə çevirsin, onu maddiləşdirsin.
“Belə olan təqdirdə Qarabağ cəbhəsindən gələn xəbərlər, qurulan yas mərasimləri psixoloji mühitdə Azərbaycanın mövqeyini yüksəldirdi və bu, avtomatik qarşı tərəfə zərbə deməkdir. Ona görə də məncə Paşinyan qarşısına açıq məqsəd qoymuşdu ki, Bişkekdə mütləq Prezident İlham Əliyevə yaxınlaşsın. Rəsmi məlumatlar da ondan ibarət idi ki, məhz təşəbbüs Paşinyan tərəfindən olub, məhz qeyri-rəsmi danışıqlar olsun”.
Deputatın sözlərinə görə, Paşinyan dərhal məsələni ictimailəşdirdi və bununla bağlı məlumat yaydı, hətta öz insanı hislərini də gizlətmədi ki, o, Prezident İlham Əliyevlə görüşməkdən fərəh hissi keçirib və məsələ ətrafında ilkin razılaşmalar olub:
“Onların içərisində atəşkəsin əldə olunmasına da xüsusi vurğu etmişdi. Hətta bir gecənin atəşkəs idarəçiliyini bir neçə aylıq atəşkəs idarəçiliyi kimi dəyərləndirmişdi. Bundan başqa, Azərbayacan tərəfində açıq görünür ki, Ermənistanın hazırkı hökumətini tanıyıb, onlarla danışıqlar aparmağa hazırdı. Bu da öz-özlüyündə qarşı tərəf üçün də müəyyən qədər dividentlər qazandırır. Yəni, əgər Qarabağ cəbhəsində nə qədər sakitlik olacaqsa, avtomatik Paşinyanın istefaya getməsi və ölkədə arzuladığı siyasi gələcəyi formalaşdırması imkanları meydana çıxacaq. Bir var tamamilə ali baş komandiri olmayan Ermənistan, bir tərəfdən də hər gün bütün cəbhə boyu ərazilərdə hər gün həyəcanlı xəbərin gəlməsi, bir də var müəyyən qədər o özü üçün fasilə əldə edir və mübarizə aparır, sonra da xəyal edir ki, Azərbaycanla ultimatum dilinə keçmək vaxtıdır. Paşinyan bilməlidir ki, bu halda bölgədə özünü izolyasiyaya məruz qoyan keçmiş hakimiyyətlərin taleyini yaşamalı olacaq”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu