“Yaxşı bələdiyyələr qalmalı, maliyyəsi olmayanlar isə birləşməlidir” - DEPUTAT
Tarix: 04-10-2018 | Saat: 15:58
Bölmə:Siyasət | çapa göndər
Milli Məclisin payız sessiyasının iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bələdiyyə üzvlərinin sayının azadılmasını təklif edib.
Komitə sədri hazırki bələdiyyə üzvlərinin sayının həddindən artıq çox olduğunu deyib. Deputat hesab edir ki, bələdiyyə üzvlərinin sayı azaldılsa, onların işində çeviklik artacaq.
Növbəti bələdiyyə seçkilərinə isə 1 ildən az vaxt qalıb. Görəsən S.Novruzovun bu fikirləri müvafiq qurumlar tərəfindən nəzərə alınacaq?
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a deyib ki, qanunvericiliyə uyğun olaraq bələdiyyə üzvlərinin sayının artırılması, azalması, birləşməsi və ləğv olunması onların öz səlahiyyətləri çərçivəsindədir.
“2008-ci ildə və həmçinin iki il bundan əvvəl belə bir proses oldu, 1000-dən artıq bələdiyyə azaldıldı. Bələdiyyələr azaldılanda sözsüz ki, onun üzvlərinin sayıda azaldılır. Bu proses zamanı minlərlə insan ixtisara düşdü”.
Deputat onuda bildirib ki, bələdiyyələr yarananda onların birləşməsi, ayrılması, sayının çoxaldılması və azaldılması ilə bağlı qanun qəbul olunub:
“Ona görə bu proses həmin qanunvericiliklə tənzimlənir. O vaxt bələdiyyələr öz aralarında təşəbbüs göstərdilərki, ayrılmaq istəyənlər ayrılsın, birləşəmək istəyənlər isə birləşsin.
T.Rzayev Azərbaycanda əhalinin sayına görə bələdiyələrin çox olduğunu deyib: “Bələdiyyələrin sayı əhalinin sayına görə çoxdur. Bu gün Azərbaycanda 1607 bələdiyyə var. Bizdə istəyirik ki, bu məsələ təkmilləşsin. Siyavuş müəllimdə elə buna görə təklif etdi ki, üzvlərin sayı azaldılsın, iş prosesi sürətlənsin. Mən bunu qanunauyğun hesab edirəm”.
Millət vəkili hesab edir ki, Azərbaycandakı bələdiyyələrin iş prinsipi xarici ölkələrdəki bələdiyyələrin təcrübələrinə uyğunlaşdırılmalıdır:
“Xarici ölkələrdə də belə bir təcrübə var. Səlahiyyətlərini icra edə bilməyən bələdiyələr ya ləğv olunur, yada digərləri ilə birləşdirilir. Bir neçə il bundan əvvəl baş berən bu birləşmə və ləğvolunma prosesinə yenidən başlanmalıdır. Hesab edirəm ki, 2019-cü il bələdiyyə seçkiləri ərəfəsində bələdiyyələr təkmilləşməli və formalaşmalıdır. Yaxşı bələdiyyələr qalmalı, maliyyəsi olmayanlar isə digərlərinə birləşməlidir”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu