Mobil versiya
Parlamentdə səsvermə qaydası dəyişə bilər
Tarix: 02-10-2018 | Saat: 15:18
Bölmə:Manşet / Siyasət | çapa göndər

Parlamentdə səsvermə qaydası dəyişə bilər




Milli Məclisin sədri və iclasa rəhbərlik edən sədr müavinləri qanun layihələrinin səsverməsi zamanı dəfələrlə deputatlara irad tutublar.

Parlamentin dünənki iclasında da Milli Məclisin sədrinin I müavini Ziyafət Əsgərov deputatlara səsvemədə zəif iştiraka görə iradını bildirib.

O qeyd edib ki, iclasda 100-ə yaxın deputat iştirak edir.

"Ancaq səsvermədə isə 84 deputat iştirak edib. Səs verin də!”-deyə, Z.Əsgərov bildirib.


Maraqlıdır, səsvermədə iştirak etməyən deputatlarla bağlı Milli Məclisin Hesablayıcı Komissiyası hansısa addımlar atır?
Milli Məclisin Hesablayıcı Komissiyasının üzvü, deputat Zahid OrucModern.az-a bildirib ki, qanunvericilik aktlarının müzakirəsi və səsverməyə çıxarılması zamanı komissiyaya iş qalmır.

"Müasir kommunikasiya sisteminin olması komissiyasının işini ortadan götürür. Mən 1990-cı illərin əvvəllərini çox yaxşı xatırlayıram. Həmin o illərdə müzakirələrin sonunda bəzən adbaad səsvermə keçirilirdi. Bu səsverməni hansısa bir qrup fiksasiya edirdi və sayı göstərirdi”.

Deputat qeyd edib ki, parlamentdə kommunikasiya sistemləri yenilənib:

"Artıq informasiya texnologiyalarının ən son nümunələri parlamentdə tətbiq olunur. Belə olduğu təqdirdə Hesablayıcı Komissiya tərəfindən bunu etmək düzgün olmazdı. Lakin məsələnin iki önəmli tərəfi var. Hazırki qanunvericiliyin tələbinə görə, spiker və iclasa sədrlik edən şəxslər tərəfindən deputatların səsvermədə iştirak etməsi ilə bağlı çağırışlar etməsi başa düşüləndir. Çünki normativ tələb bundan ibarətdir”.


Zahid Oruc hesab edir ki, gələcəkdə qanun layihələrinin səsverməsi zamanı bir sıra yeniliklər edilməlidir:

"Bu yeniliklər bəzi qərb ölkələrində artıq tətbiq olunur. Orada sadə səsvermə sistemi bərqərar edilib. Hətta 500-550 nəfərlik dumalar, senatlar, konqreslərdə iştirak edən şəxslərin səsinin nəticəsində yekun müəyyənləşmiş olur. Gəlməyənlər isə avtomatik olaraq razılıqlarını ifadə etmiş olurlar. Ona görə də hesab edirəm ki, yetərsay normativindən artıq çıxmaq lazımdır. Bu, məcburi iştirakçılıq normasını ortadan qaldırar. Həmçinin xalq da biləcək ki, nə qədər insan iclasda iştirak edib. Mənə elə gəlir ki, bu prosesin daha da asanlaşmasına xidmət edər. Belə olduqda isə iclasda hətta 50 nəfərin iştirak etdiyi təqdirdə məsələləri geniş müzakirə etməyə, sonda isə qərarlar qəbul etməyə əlverişli şərait yaranar. Məsələn, Fransa senatında "erməni soyqırımı”nı tanımayanlara qarşı cəza qanunu cəmi 103 senatorun səsverməsindən keçərək qəbul edilib. Ancaq Fransa senatında təmsil olunanların sayı isə bundan qat-qat çoxdur. Amerika konqresində, Almaniya bundestaqında isə ona şahidlik etmişik ki, parlament binasından kənarda olan şəxs həmin elektron sistemə qoşularaq səs verir və özünün mövqeyini ifadə edir. Belə olan təqdirdə hesab edirəm ki, bir sıra məcburiyyət formaları ortadan götürülər. Hesab edirəm ki, biz gələcəkdə buna getməliyik. Belə olduğu təqdirdə isə iclas zalına təkrar-təkrar müraciət etməyə ehtiyac qalmayacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024