Mobil versiya
Bakıda qəribə olay: bir ay sürülməyən maşın qəfil yandı
Tarix: 18-12-2015 | Saat: 10:43
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər



Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. Aia.az-ın məlumatına görə, hadisə rayonun Həsən bəy Zərdabi küçəsindəki qeydə alınıb. Belə ki, dayanacaqda dayanan "JEEP" markalı avtomobil qəfil yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Yasamal rayon hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

Alovun ətrafa yayılmasını qarşısı alınıb. Avtomobilin sahibinin sözlərinə görə, maşını bir aya yaxındır ki, idarə etmir. Avtomobili dayanacaqda saxlayıb. İşlək vəziyyətdə olmayan avtomobildə baş verən yanğını FHN-nin mütəxəssisləri araşdırır.

Faktla əlaqədar araşdırmalar davam edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024