Mobil versiya
ATU-da 68 yaşlı xəstə üzərində onurğa kanalının senozu əməliyyatı aparılıb
Tarix: 25-09-2018 | Saat: 15:48
Bölmə:Qərbi Azərbaycan | çapa göndər






Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb əməliyyat uğurla nəticələnib. Klinikanın neyrocərrahı, assistent Cəmil İskəndərovun sözlərinə görə, bu dəfə yaşlı bir xəstə onurğa kanalının senozu diaqnozu ilə onlara müraciət edib. “68 yaşlı xəstəmiz bizim həmkarımızdır. Onurğa kanalının senozu xəstəliyindən əziyyət çəkir. Ona əməliyyat müdaxiləsi etməli olduq. Senoz əməliyyatının xarakterik xüsusiyyətlərində iki hal nəzərə alınmalıdır: sinir elementlərinin maksimal dekompresiyası və onurğa sütununun fiksasiyası.Fiksasiyanı bitirdikdən sonra, sinirlərin dekompresiyası, yəni sıxıntıdan azad olunmasını icra edəcəyik”.

C. İsgəndərovun bildirdiyinə görə, bir saat yarım davam edən əməliyyat uğurla nəticələnib. Hazırda xəstə özünü yaxşı hiss edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024