Mobil versiya
İranla "Altılıq" razılaşa bilmir (FOTO)
Tarix: 01-07-2015 | Saat: 19:24
Bölmə:İqtisadiyyat / Şou-biznes | çapa göndər

İranla "Altılıq" razılaşa bilmir (FOTO)
Tehran və dünyanın altı dövləti yekun nüvə razılaşmasının əldə olunması üçün vaxtı uzadıb.
İran və "Altılıq" ölkələri yekun nüvə razılaşmasının əldə olunması üçün vaxtı iyulun 7-dək uzadıb.

ANS PRESS-in məlumatına görə, bu barədə İran, Böyük Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ nümayəndələri razılıq əldə ediblər.

Ötən gün Vyanada aparılan danışıqlarda yekun razılıq əldə edilməyib. Tərəflər Tehranın nüvə proqramını məhdudlaşdırılması əvəzində sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutan saziş üzərində işləyirlər. Danışıqlarda ABŞ-ın dövlət katibi Con Kerri, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Rusiyanın XİN rəhbəri Sergey Lavrov və digər şəxslər iştirak edirlər.



S.Lavrov ABŞ dövlət katibi ilə görüşdən sonra deyib ki, texniki məsələlərdən çox prosedur məsələləri ilə bağlı suallar qalıb. Nəticələrin yaxın olmasını düşünməyə hər cür əsasımız var.

Avropa İttifaqının məlumatında bildirilir ki, Avropa Vyanada İranın nüvə danışıqları üzrə keçrilən danışıqlara vaxt vermək üçün Tehrana qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqinin dondurulması vaxtını uzadıb.

Sənəddə deyilir: "İranın nüvə məsələsinə uzunmüddətli həllinə nail olmaq davam edən danışıqlara daha çox vaxt vermək üçün Şura 2015-ci ilin iyulun 7-dək İranla birgə Fəaliyyət Planını çərçivəsində razılaşdırılmış AB-nin məhdudlaşdırıcı tədbirlərinin dayandırılması vaxtını uzadıb.”



ABŞ prezidenti Barak Obama şərtlər qənaətbəxş olmasa, İranla sazişin imzalanmayacağını bildirib.

İran prezidenti Həsən Ruhani isə deyib ki, bəzi əsas məqamlar həll olunub, bəziləri isə qalır. Çox sərt tələblər olmasa, onlardan bəziləri yaxın günlərdə həllini tapa bilər.

Ümumiyyətlə, İran və "Altılıq“ ölkələri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramının dinc məqsədlərə xidmət edəcəyini müəyyənləşdirən yekun sənəd iyunun 30-dək qəbul edilməli idi. Bununla 12 ildən çox davam edən diplomatik çəkişmələrə son qoyulacağına ümid bəslənilirdi. Elə bu məqsədlə İran ilə ABŞ arasında nüvə danışıqları İsveçrədə davam etdirildi və ABŞ-ın dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Lozanna şəhərində görüşdülər.

Vaşinqton və tərəfdaşları İranın uranın zəngiləşdirilməsində istifadə etdiyi və nüvə başlığı üçün əsas material olan sentrifuqaları azaltmasını istəyir.

İran isə nikbin davranaraq “Altılıq”la iki ildir nüvə proqramının məhdudlaşdırılması və bunun əvəzində sanksiyaların yumşaldılması üçün razılaşma əldə etməyə çalışır.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2024