Mobil versiya
Bakıda tozun miqdarı normadan 5,6 dəfə yuxarı qalxdı
Tarix: 30-08-2018 | Saat: 15:30
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bakıda tozun miqdarı normadan 5,6 dəfə yuxarı qalxdı



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.


Nazirlikdən aia.az-a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında saat 16:00-da tozun miqdarında cüzi artım müşahidə olunub. Belə ki, tozun miqdarının sanitar normadan 5,6 dəfə yuxarı olduğu qeydə alınıb.


Xatırladaq ki, saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4 dəfə sanitar normadan yuxarı olub.


Qeyd edək ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024