Ana Sayfa > Karusel / Ölkə > Bakıda tozun miqdarı normadan 5,6 dəfə yuxarı qalxdı
Bakıda tozun miqdarı normadan 5,6 dəfə yuxarı qalxdı30-08-2018, 15:30. Yazar: sevinc1 |
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. Nazirlikdən aia.az-a bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında saat 16:00-da tozun miqdarında cüzi artım müşahidə olunub. Belə ki, tozun miqdarının sanitar normadan 5,6 dəfə yuxarı olduğu qeydə alınıb. Xatırladaq ki, saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4 dəfə sanitar normadan yuxarı olub. Qeyd edək ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır. aia.az Geri dön |