Bu dövlət qurumları maşınlarını satır
Tarix: 25-08-2018 | Saat: 16:52
Bölmə:Ölkə | çapa göndər
Bir çox dövlət qurumları balansında olan istifadəsiz qalmış avtomobilləri satışa çıxarıb.
Axar.az xəbər verir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi 25 sentyabr tarixində hərrac təşkil edəcək. Hərraca ümumilikdə 3 dövlət qurumunun 7 avtomobili təqdim edilib.
Milli Məclis özəlləşdirmə üçün 1, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi 4, Baş prokurorluq isə 2 avtomobil müəyyən edib.
Hərraca təqdim edilən avtomobillərdən start qiyməti ən ucuz olanı Milli Məclisin satmaq istədiyi QAZ-31029 markalı 1995-ci ilin avtomobilidir ki, qiyməti cəmi 800-dır.
Start qiyməti ən baha olan avtomobil isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsus Kamaz-55111 markalı 1989-ci ilə aid maşınıdır. Maşın üçün müəyyən edilən ilkin start qiyməti 3500 manatdır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər