Ana Sayfa > Ölkə > Bu dövlət qurumları maşınlarını satır
Bu dövlət qurumları maşınlarını satır25-08-2018, 16:52. Yazar: sevinc1 |
Bir çox dövlət qurumları balansında olan istifadəsiz qalmış avtomobilləri satışa çıxarıb. Axar.az xəbər verir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi 25 sentyabr tarixində hərrac təşkil edəcək. Hərraca ümumilikdə 3 dövlət qurumunun 7 avtomobili təqdim edilib. Milli Məclis özəlləşdirmə üçün 1, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsi 4, Baş prokurorluq isə 2 avtomobil müəyyən edib. Hərraca təqdim edilən avtomobillərdən start qiyməti ən ucuz olanı Milli Məclisin satmaq istədiyi QAZ-31029 markalı 1995-ci ilin avtomobilidir ki, qiyməti cəmi 800-dır. Start qiyməti ən baha olan avtomobil isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinə məxsus Kamaz-55111 markalı 1989-ci ilə aid maşınıdır. Maşın üçün müəyyən edilən ilkin start qiyməti 3500 manatdır. aia.az Geri dön |