Mobil versiya
İlham Əliyev Nardarana böyük məbləğdə pul ayırdı
Tarix: 11-12-2015 | Saat: 18:55
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


Prezident sərəncam imzaladı.

Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb.

Aia.az APA-ya istinadən xəbər verir ki, son bir ayda qəsəbənin nəqliyyat sistemi yenidən təşkil edilib.

Həmçinin böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib.

Həmçinin Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və “Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə