Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > İlham Əliyev Nardarana böyük məbləğdə pul ayırdı
İlham Əliyev Nardarana böyük məbləğdə pul ayırdı11-12-2015, 18:55. Yazar: admin |
Prezident sərəncam imzaladı. Azərbaycan prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılması üçün sərəncam imzalayıb. Aia.az APA-ya istinadən xəbər verir ki, son bir ayda qəsəbənin nəqliyyat sistemi yenidən təşkil edilib. Həmçinin böyük miqdarda borclara baxmayaraq 1000-ə yaxın evə elektrik enerjisinin verilişi bərpa edilib. Həmçinin Azərbaycan hökuməti “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azəriqaz” İstehsalat Birliyi və “Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyub. Geri dön |