Mobil versiya
Azərbaycanda istirahət mərkəzində faciə - Kanat qırıldı, ölən və yaralananlar var / YENİLƏNİB
Tarix: 09-07-2018 | Saat: 13:16
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda istirahət mərkəzində faciə - Kanat qırıldı, ölən və yaralananlar var / YENİLƏNİB


Quba rayonunda hotellərin birində kanatın qırılması nəticəsində xəsarət alanlardan biri evə buraxılıb.

aia.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Səfərov məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəstəxanaya 2 nəfər gətirilib: "1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu sağ ayağın aşağı ətrafının sıyrılmış yarası və 1985-ci il təvəllüdlü Əliməmmədov Rahid Mehman oğlu döş qəfəsinin əzilməsi ilə xəstəxanaya gətirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Rafiq Həsənov evə buraxılıb. Rahid Əliməmmədovun isə müalicəsi davam etdirilir, vəziyyəti stabildir".

* * *

Quba rayonunda bədbəxt hadisə baş verib.

aia.az APA-ya istinadən xəbər verir ki, Qubadakı hotellərdən birində kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024