Ana Sayfa > Manşet / Ölkə > Azərbaycanda istirahət mərkəzində faciə - Kanat qırıldı, ölən və yaralananlar var / YENİLƏNİB
Azərbaycanda istirahət mərkəzində faciə - Kanat qırıldı, ölən və yaralananlar var / YENİLƏNİB9-07-2018, 13:16. Yazar: sevinc1 |
Quba rayonunda hotellərin birində kanatın qırılması nəticəsində xəsarət alanlardan biri evə buraxılıb. aia.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əliyar Səfərov məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində xəstəxanaya 2 nəfər gətirilib: "1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu sağ ayağın aşağı ətrafının sıyrılmış yarası və 1985-ci il təvəllüdlü Əliməmmədov Rahid Mehman oğlu döş qəfəsinin əzilməsi ilə xəstəxanaya gətirilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Rafiq Həsənov evə buraxılıb. Rahid Əliməmmədovun isə müalicəsi davam etdirilir, vəziyyəti stabildir". * * * Quba rayonunda bədbəxt hadisə baş verib. aia.az APA-ya istinadən xəbər verir ki, Qubadakı hotellərdən birində kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb. Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |