Mobil versiya
Fuad Qəhrəmanlı İstintaq İdarəsinə aparılıb
Tarix: 08-12-2015 | Saat: 22:00
Bölmə:Parlament / Aia TV / Karusel | çapa göndər

Fuad Qəhrəmanlı İstintaq İdarəsinə aparılıb

AXCP sədrinin müavini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparılıb

Bu barədə “Azadlıq” qəzetinə AXCP-dən xəbər veriblər.

Məlumatda deyilir ki, F.Qəhrəmanlını zəng vurub, şifahi şəkildə İdarəyə çağırıblar. O, hansı iş üzrə və hansı statusla dəvət edildiyini öyrənmək istəyib, amma cavab ala bilməyib.

Bundan sonra o, rəsmi dəvət – çağırış vərəqəsi göndərilməsini istəyib. Lakin bir müddət keçdikdən sonra polis əməkdaşları onun yaşadığı evə gələrək F.Qəhrəmanlını özləri ilə Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar.

Hazırda F.Qəhrəmanlının mobil telefonu bağlı göstərir və ondan heç bir xəbər yoxdur



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024