Mobil versiya
Azərbaycanda 1000-dən çox narkoman anonim müalicə alır
Tarix: 28-06-2018 | Saat: 16:55
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

Azərbaycanda 1000-dən çox narkoman anonim müalicə alır


Azərbaycanda qeydiyyatda olan 30 131 nəfər narkomanın 25 139 nəfəri dispanser qeydiyyatındadır. Narkomanların 4 992 nəfəri profilaktik, 1 031 nəfəri anonim müalicə alır.



Səhiyyə Nazirliyindən aia.az-a verilən məlumata görə, narkoman qadınların ümumi sayı 595 nəfərdir. Onların 450 nəfəri dispanser qeydiyyatındadır. Narkomanlar arasında toksikomanların ümumi sayı 212 nəfərdir ki, onların 207 nəfəri dispanser qeydiyyatındadır.



2017-ci il ərzində 2 115 narkoman qeydiyyata götürülüb. Onların 1 566 nəfəri dispanser, 549 nəfəri profilaktik qeydiyyata götürülüb.



2017-ci il ərzində qeydiyyatdan çıxarılan narkomanların ümumi sayı 1 432 nəfərdir. Onların 488 nəfəri dispanser, 944 nəfəri profilaktik qeydiyyatda olub. İnyeksion narkotik istifadəçilərinin sayı 21 038 nəfər təşkil edir. Onlardan 393 nəfəri qadındır.



2018-ci ilin I rübü ərzində Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2018-ci ilin I rübü ərzində ekspertizadan cəmi 526 nəfər keçib. Onlardan 372 nəfərə narkomaniyadan məcburi müalicə təyin olunub. 2018-ci ilin I rübü ərzində mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 17 nəfər olub.


2018-ci ilin I rübü ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən 8 056 nəfər keçib. Onların 1 043 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə edilib.



2018-ci ilin I rübü ərzində Respublika Narkoloji Mərkəzində 784 nəfər stasionar müalicəyə qəbul olunub. Onlardan 253 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 529 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozları ilə stasionar müalicəyə qəbul olunub. Digərləri başqa diaqnozlarla stasionar müalicəyə qəbul olunub.



Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə proqram çərçivəsində 230 xəstə müalicə alır. Onların 179 nəfəri dan RNM-də , 51 nəfəri isə QİÇS-lə Mübarizə Mərkəzində müalicə alır.



2018-ci ilin I rübü ərzində Respublika Narkoloji Mərkəzində müayinədən 615 nəfər keçib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024