Mobil versiya
14 nəfəri gün vurub
Tarix: 27-06-2018 | Saat: 11:59
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər

14 nəfəri gün vurub



Son günlər havanın hərarəti artmaqda, temperatur göstəriciləri yüksəlməkdədir. Havaların həddindən artıq isti keçməsi günvurma və istivurmalara da səbəb olub. Artıq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma və istivurma hallarına görə müraciət edənlər var.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev açıqlamasında deyib ki, yay mövsümü başlayandan günvurma halları ilə bağlı təcili tibbi yardım stansiyasına 14 müraciət daxil olub:

"Müraciət edən şəxslərdən 4 nəfəri qadın, 8-i isə kişidir. Həmçinin 2 oğlan uşağı günvurma ilə bağlı müraciət edib. Onlardan biri 10, digəri isə 13 yaşındadır. Dünən ölkə ərazisində müşahidə edilən anomal istilərlə bağlı isə 6 nəfər müraciət edib”.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024