Mobil versiya
Bu gün əməkdar artist Röya Ayxanın ad günüdür
Tarix: 14-06-2018 | Saat: 15:52
Bölmə:Aia TV | çapa göndər





aia.az xəbər verir ki, əməkdar artist 36 yaşını qeyd edir.

Röya Ayxan 1982-ci il iyun ayının 14-də Qobuda dünyaya gəlib. Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub.

İlk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.



30 dekabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.



2008-2014-cü illərdə Anar Çingiz oğlu Cəlilovla nikahda olub. 25 oktyabr 2009-cu ildə oğlu Hüseyn dünyaya gəlib. Hazırda subaydır.



aia.az saytının kollektivi Röyanı ad günü münasibətilə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə